Peşə hazırlığına cəlb olunan şəxslərin işlə təmin olunmasında işəgötürənlərlə əməkdaşlıq genişləndiriləcək

Hit: 175
Peşə hazırlığına cəlb olunan şəxslərin işlə təmin olunmasında işəgötürənlərlə əməkdaşlıq genişləndiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol Group arasında memorandum imzalanıb.
 
Sənədin imzalanması tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Agentliyin fəaliyyət istiqamətləri və hazırda icra olunan layihələr barədə məlumat verib.
 
Birgə əməkdaşlıq çərçivəsində ötən illər ərzində görülən işlərdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
 
Sənədi Agentliyin İdarə heyətinin sədri Sadiq Əliyev və Marsol Group-un direktoru Tural Mustafayev imzalayıb.
 
Razılaşmaya əsasən, Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq ediləcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin olunmasına Cəmiyyət tərəfindən köməklik göstərilməsi istiqamətində fəaliyyət göstəriləcək.
 
Bundan başqa əməkdaşlıq çərçivəsində birgə innovativ layihələrin, korporativ sosial məsuliyyət tədbirlərinin və forumların həyata keçirilməsi də nəzərdə tutulur.








Redaktorun seçimi