ADNSU tələbələri “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində keçirilən layihələrdə aktiv iştirak edirlər

Hit: 179
ADNSU tələbələri “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində keçirilən layihələrdə aktiv iştirak edirlər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində "Yaşıl Dönüşüm və Dayanıqlı Təhsil" mövzusunda beynəlxalq layihə çərçivəsində təlim proqramının açılışı olub.
 
Proqramının açılışında ADNSU-nun  strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov qonaqları salmalayaraq iqlim dəyişikliyi və yaşıl texnologiyaların tətbiqi baxımından gənclərin maarifləndirilməsi baxımından layihənin əhəmiyyətindən danışıb.  
 
Görüşdə TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və  Koordinator köməkçisi Kürşat Özdemir layihənin məqsədi və gənclər üçün yaratrdığı imkanlardan danışıblar.
 
Qeyd edək ki, təlim proqramı enerji transformasiyası, yaşıl innovasiyalar, iqlim dəyişikliyi və yaşıl texnologiyaların tətbiqi üzrə modulları əhatə edir.
 
Təlimçilər - Savaş Gürdal və Kadir Yılmaz tərəfindən 30 nəfər seçilmiş tələbəyə 5 günlük intensiv təlim keçiriləcək və proqram mayın 30-da başa çatacaq. 
 
Təlimi uğurla tamamlayan tələbələrə beynəlxalq sertifikatlar təqdim olunacaq və yaşıl transformasiya layihələrində təcrübə imkanları yaradılacaq. Seçilmiş 5 nəfər tələbəyə isə Türkiyədə təcrübə imkanı veriləcək.
 
Xatırladaq ki, Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) koordinasiyası və TİKA-nın dəstəyi ilə həyata keçirilən layihə Avropa Yaşıl Müqaviləsi və qlobal iqlim siyasətlərinə uyğun "yaşıl yaxalı" kadrların hazırlanmasına yönəlmiş beynəlxalq miqyaslı bir təşəbbüsdür. Layihənin məqsədi tələbələrin davamlı inkişaf, yaşıl texnologiyalar və enerji transformasiyası sahəsində bilik və bacarıqlarını artırmaqla yanaşı, beynəlxalq elmi əməkdaşlıqlara və iş imkanlarına çıxışlarını genişləndirməkdir.








Redaktorun seçimi