BDU əməkdaşları “Huawei”in süni intellekt üzrə nüfuzlu beynəlxalq sertifikatına layiq görülüblər

Hit: 225
BDU əməkdaşları “Huawei”in süni intellekt üzrə nüfuzlu beynəlxalq sertifikatına layiq görülüblər
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları 19-23 may 2025-ci il tarixlərində qlobal texnologiya nəhəngi “Huawei” şirkəti tərəfindən təşkil olunan beynəlxalq onlayn təlim proqramını uğurla başa vurublar.
 
Təlim çərçivəsində iştirakçılar süni intellekt sahəsində nüfuzlu beynəlxalq sertifikat olan HCIA-AI (Huawei Certified ICT Associate – Artificial Intelligence) üzrə intensiv hazırlıq keçib və bu sahədə rəsmi beynəlxalq sertifikata layiq görülüblər.
 
HCIA-AI təlim kursu iştirakçılara maşın öyrənməsi və dərin öyrənmə alqoritmlərinə əsaslanan süni intellekt həllərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqi sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırıb. Bu təşəbbüs BDU-da müasir texnologiyaların təhsil mühitinə inteqrasiyası və aparıcı texnologiya şirkətləri ilə davamlı və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
 
Təlimlər nəticəsində əldə olunmuş bilik və bacarıqlar Universitetdə süni intellektin tətbiqi ilə bağlı yeni yanaşmaların formalaşmasına, innovativ tədris modellərinin yaradılmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə mühüm töhfə verəcək. BDU-nun beynəlxalq əməkdaşlıqlar və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində atdığı bu addım Universitetin rəqəmsal gələcəyinin formalaşmasına xidmət edir.
 
Proqramın koordinasiyası BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən təmin olunub








Redaktorun seçimi