BDU-da CV/rezüme və müsahibə hazırlığına dair seminar

Hit: 141
BDU-da CV/rezüme və müsahibə hazırlığına dair seminar
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə BDU tələbələri üçün Agentliyin əməkdaşı Jalə Bənnayeva tərəfindən “CV/rezüme və müsahibə hazırlığı” mövzusunda seminar keçirilib.
 
Təlimçi iştirakçılara effektiv CV və rezümenin hazırlanma qaydaları, oxşar və fərqli cəhətləri, yazı üslubu, CV-nin tərtibi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib.
 
Qeyd edilib ki, işaxtaranın karyera tarixçəsi, onun professional keyfiyyətləri CV-də öz əksini tapır.
 
Təlim müddətində iş müsahibəsinə hazırlıq texnikaları, müsahibə zamanı davranış və təqdimat bacarıqları, iş müsahibəsinin növləri, müsahibə zamanı ilk təəssüratın, özgüvənin, bədən dilinin əhəmiyyətli rol oynadığı bildirilib.
 
Təlim tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.








Redaktorun seçimi