“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri

Hit: 207
“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev mərkəzində Dəli Quşçu, Gəlmə və İsaqbağı kənd tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 
 
Görüşdə müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ramil Salayev gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir.
 
Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
 
Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.








Redaktorun seçimi