Ordubadda Şəhid Qafil Sadıqovun xatirəsi anıldı - FOTOLAR

Şəhid Sadiqov Qafil Orucqulu oğlunun anım günü ilə əlaqədar olaraq Ordubad şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Faktor.az xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Səfərbərlik Xidmətinin, Polis şöbəsinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, Gənzə kənd məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhidimizin vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək Sadiqov Qafil Orucqulu oğlunun keçdiyi şərəfli ömür yolundan danışıb, onun xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını bildiriblər. Daha sonra Gənzə kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib
Şəhid ailə üzvləri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.


