“Narkomaniyaya yox deyək!”

Hit: 290
“Narkomaniyaya yox deyək!”
Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 
 
Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər.
 
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








Redaktorun seçimi