AzTU-da Beynəlxalq Günlər keçirilir

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin nəzdində fəaliyyət göstərən Alman Mühəndislik Məktəbinin təşkilatçılığı ilə tələbələrin yaradıcılıq günü keçirilib. AzTU-nun alman dili təmayüllü qruplarında təhsil alan tələbələr maşın texnologiyaları və onların iş prinsiplərini alman dilində təqdim ediblər. Texnologiyalar multimedia texnologiyaları əsaslı videoçarxlarla və təqdimatlarla izləyicilərə təqdim olunub. Tədbir eləcə də tələbələrin alman dilində mahnı və dialoq şəklində hazırladıqları çıxışları ilə yaddaqalan olub.
Tədbirdə habelə Maşınqayırma və robototexnika fakültəsinin tələbələrinin texnologiya ilə bağlı əl işləri nümayiş olunub. Tələbə qrupları həmçinin universitetin foyesində hazırladıqları süfrələri nümayiş etdiriblər. Tədbirin sonunda müəllim və tələbələr mükafatlandırılıb.
Qeyd edək ki, tədbir AzTU-nun Xarici dillər kafedrasının alman dili müəllimi Claudio Kasperlin dəstəyi ilə təşkil edilib.


