Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib

Bu ilin 4 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 201 min elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və digər sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.
Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan verir.


