Liderlik anlayışının təbliği gənclərin şəxsi və peşəkar inkişafına təkan verir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və AIESEC Azərbaycanın ortaq təşkilatçılığı ilə “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib.
Tədbirdə AIESEC Azərbaycanın Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə lokal komitə sədri Murad Zakirli və “İTalk Academy”nin icraçı direktoru Gülnar Əliyeva liderliyin müasir cəmiyyətdə rolu, effektiv komanda idarəçiliyi, strateji düşüncə, qərarvermə prosesləri və şəxsi inkişaf istiqamətində geniş təqdimatla çıxış ediblər. İnteraktiv formatda keəçn təlimdə iştirakçılarla qrup müzakirələri, sual-cavab sessiyaları və praktiki tapşırıqlar həyata keçirilib.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd tələbələr arasında müasir liderlik anlayışının təbliği, onların şəxsi və peşəkar inkişafına təkan verəcək bilik və bacarıqların formalaşdırılması, eləcə də gənclərin təşəbbüskarlığının və sosial məsuliyyət hissinin gücləndirilməsi olub.


