Türkiyədən olan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

Hit: 142
Türkiyədən olan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.
 
Qonaqlara mərkəzdə əhaliyə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.
 
Daha sonra qonaqlara DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib.
 
Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi