Sabunçu Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olundu

Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısına təyin olunan yeni müavin Əliyev Ramil Sərdar oğlu rayon ictimaiyyətinə təqdim edildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyətinin başçısının I müavini Elşən Həsənli və müavin Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, Əliyev Ramil Sərdar oğlu 24 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə Azərbaycan Texniki Universitetinin “Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları” ixtisası üzrə bakalavriatura səviyyəsini bitirib, hal-hazırda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetmə” fakültəsində təhsil alır.
2012-2015-cı illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
2015-2016-cı illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
2018-2020-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
2020-ci ildə Bakı şəhəri, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
2020-2025-ci illərdə Bakı şəhəri, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışıb.
2025-ci ilin may ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.


