AzTU-da CTF yarışı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Kibertəhlükəsizlik kafedrası və “CyberDEV” kiberklubunun təşkilatçılığ ilə “Capture The Flag” (CTF) formatında kibertəhlükəsizlik yarışı keçirilib. Tədbirdə informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələr iştirak ediblər.
Məqsəd kibertəhlükəsizlik sahəsinə marağı olan tələbələr arasında praktiki bacarıqların inkişaf etdirilməsi, kritik düşüncə tərzinin və problem həlletmə qabiliyyətinin gücləndirilməsi və komanda şəklində işləmək bacarığının artırılması olub.
CTF yarışında iştirakçılar açıq mənbə kəşfiyyatı, tərsinə mühəndislik, rəqəmsal kriminalistika və kriptoanaliz alətlərinin praktiki tətbiqi kimi müxtəlif istiqamətlərdə tapşırıqları yerinə yetiriblər.
Belə yarışlar AzTU-da kibertəhlükəsizlik sahəsində xüsusi potensiallı gənclərin aşkara çıxarılması, daxili və xarici CTF yarşlarında universiteti layiqincə təmsil edəcək komandaların formalaşdırılması baxımından əhəmiyyətli rol oynayacaq.


