Göygöldə vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır - FOTOLAR

Hit: 278
Göygöldə vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır - FOTOLAR
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Kərəmli kəndində vətəndaşların səyyar qəbulunu  keçiriblər
 
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri,  inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər. 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/  platformasından istifadə etmələrini tövsiyə edib. 
 
Qəbulda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması, onların dövlət orqanlarına əlçatanlığının təmin olunması, müraciətlərinə operativ reaksiya verilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə keçirilən səyyar qəbulların əsas məqsədi də vətəndaşların birbaşa müraciətlərini dinləmək və mövcud problemləri yerindəcə araşdırmaqdır.
 
Səyyar qəbul zamanı bir qrup Kərəmli kənd sakini tərəfindən qaldırılan məsələlər, o cümlədən kənddaxili yolların təmiri, kəndin yuxarı hissəsindəki süni gölün lildən təmizlənməsi, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenilənməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verilib.
1
1
1
1
1








Redaktorun seçimi