Ramin Məmmədov din xadimləri ilə görüşüb

Hit: 178
Ramin Məmmədov din xadimləri ilə görüşüb
Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb.
 
Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın bütün dünyada örnək gəstərilən unikal dövlət-din münasibətləri modelinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm xidmətlərindən, dövlətimizin dinə, dindarlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.
 
Komitə sədri, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki sağlam dini mühitin möhkəmlənməsi, milli birlik ənənələrinin təbliği din xadimlərinin fəaliyyətində əsas prioritetlərdən olmalıdır. Ramin Məmmədov, eyni zamanda Komitə tərəfindən dini və milli-mənəvi dəyərlərimizin sağlam təməllər üzərində təbliğ olunması məqsədilə çap edilən “Xütbələr” kitabından istifadənin vacibliyinə toxunub. 
 
Yeni təyinat almış din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək, dini sahəyə göstərilən həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.
 
Qeyd edək ki, din xadimlərindən 5-i imam, 14-ü imam müavini, 4-ü isə qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar.








Redaktorun seçimi