Düylün kəndində Şəhid Surxay Rzayevin xatirəsi anılıb

Hit: 169
Düylün kəndində Şəhid Surxay Rzayevin xatirəsi anılıb
Ordubad rayonunun Düylün kəndində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Rzayev Surxay İsa oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Anım tədbirində Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətininin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, eləcə də kənd ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb kollektivi, şəhidin yaxınları və kənd ictimaiyyəti iştirak edib.
 
Faktor.az xəbər verir ki, mərasim zamanı şəhidin məzarı ziyarət olunub, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Surxay Rzayevin keçdiyi şərəfli döyüş yolundan, onun vətənpərvərliyindən və qorxmazlığından bəhs ediblər. Bildirilib ki, Azərbaycan əsgərinin əzmi, xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır. Surxay kimi qəhrəmanlarımızın qanı bahasına əldə olunan bu müqəddəs torpaqlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
 
Çıxışlarda həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub.    
 
Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.








Redaktorun seçimi