“Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzusunda təlim keçirilib

Hit: 152
“Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzusunda təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində təlim keçiblər.
 
İnteraktiv şəkildə təşkil olunan təlimdə Xidmətin Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva və Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin baş əmək müfəttişi Mehman Abdullayev “Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzusunda ətraflı məlumat veriblər.
 
Bildirilib ki, miqrantların əmək hüquqları, onların iş şəraiti və sosial təminat məsələləri qanunvericiliklə tənzimlənir. Təlimdə, həmçinin miqrantların hüquqlarının qorunması və onlara qarşı ayrı-seçkiliyin qarşısının alınması məqsədilə müxtəlif dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
 
Sonda mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, “Miqrasiya Məktəbi – 7” layihəsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq, dövlət idarəçiliyinə dair məlumatlandırmaq və fərdi inkişafa təkan verilməkddən ibarətdir.








Redaktorun seçimi