Suraxanıda bələdiyyə sədrləri ilə görüş keçirilib

Hit: 130
Suraxanıda bələdiyyə sədrləri ilə görüş keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə monitorinq qrupunun sədri Könül Axundova bələdiyyələrin əhaliyə daha yaxın struktur kimi ailələrlə iş istiqamətində fəaliyyətinin önəmini vurğulayaraq, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınmasında, xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində əhəmiyyətindən danışıb.
 
K.Axundova rayonda bələdiyyələrin və bələdiyyələrdə yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti, xüsusilə də maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində bir sıra tapşırıqlar verib.
 
O, həmçinin, məişət zorakılığına məruz qalmış şəxslərin müəyyən edilərək onların hüquqlarının və mənafelərinin müdafiəsi üçün də bələdiyyə sədrlərinə müvafiq tövsiyələr verib.








Redaktorun seçimi