“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər

Hit: 134
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilir. Bu məqsədlə “Dəyirmi masa” və seminarlar, müsabiqələr, xüsusi dərslər, konfranslar, sərgilər və ağacəkmə aksiyaları təşkil olunur.
 
Tədbirlərdə "Konstitusiya və Suverenlik ili" elan edilməsinin dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsi, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpası haqqında geniş məlumat verilir.
 
Qeyd edək ki, növbəti tədris ilində təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.








Redaktorun seçimi