Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Hit: 170
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
 
Görüşdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini sahənin reallıqları və qarşıda duran vəzifələr barədə geniş təqdimatla çıxış edib. Şura üzvlərinə Komitənin fəaliyyətinin aktual istiqamətləri barədə ətraflı məlumat verib. Eyni zamanda dini sahədə həyata keçirilən təşəbbüsləri diqqətə çatdıraraq mövcud vəziyyət və perspektivlərə toxunub.
 
Bundan başqa İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.
 
Daha sonra İctimai Şura tərəfindən görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunaraq Şuranın “Fəaliyyət planı” təsdiqlənib.
 
Sonda İctimai Şura üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.








Redaktorun seçimi