Milli Observatoriya tərəfindən kouçvari liderlik mövzusunda master-klass təşkil edilib

Milli Observatoriyanın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirliyə tabeli qurumlarda çalışan rəhbər heyət üçün “Gücdən güvənə, kouçvari liderliyə keçid” mövzusunda master-klass keçirilib.
Peşəkar və tanınmış kouç Yunus Emre Şentürk tərəfindən keçirilən seminarda iştirakçılara liderlik bacarıqlarının inkişaf etdirilməsi, komanda fəaliyyətinin gücləndirilməsi və kouçvari idarəetmə yanaşmasının tətbiqi yolları təqdim edilib.
Tədbirdə kouçinq metodlarının təşkilati idarəetmədə effektiv istifadəsinə dair strateji yanaşmalar müzakirə olunub. Komanda işini optimallaşdırmaq üçün praktiki strategiyalar təqdim edilib.
Master-klassın əsas məqsədi rəhbər heyət və menecerlər üçün liderlik bacarıqlarını inkişaf etdirmək, komanda ilə işin gücləndirilməsi, işçi heyətə motivasiya verilməsi istiqamətində kouçvari idarəetmə yanaşmasını tətbiq etməyə dəstək göstərməkdir.


