Neftçalada əmək yarmarkası keçirilib

Hit: 217
Neftçalada əmək yarmarkası keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Neftçala şəhərində əmək yarmarkası təşkil olunub.
 
Əmək yarmarkası Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 20 may 2025-ci il tarixində Neftçala rayonunda  15  işəgötürənlə birgə təşkil olunub.Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Şirvan- Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov, Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin icma ilə əlaqələr üzrə mütəxəssisi Yaşar Qocayev, tərəfdaş şirkətlərin rəhbər şəxsləri, əməkdaşları və vətəndaşlar iştirak edib.
 
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını və vətəndaşların sosial durumu, rifahı və məşğulluğunun təmin olunmasının dövlət idarəçiliyində əsas prioritet istiqamətlərdən biri olmasını diqqətə çatıdırıb.
 
Ölkə rəhbərinin bu istiqamətdə verdiyi tapşırıqların, tövsiyələrin ardıcıl şəkildə icra olunması, o cümlədən regionlarda əmək yarmarkalarının keçirilməsi bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. Keçirilən əmək yarmarkası vətəndaşlarımız üçün faydalı olacaq və Neftçala rayonunda işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında öz müsbət təsirini göstərəcəkdir. Tədbirdə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib,  işsiz və işaxtaran şəxslərə 90 boş iş yerləri  (əməkhaqqı 450-2000 manat aralığına) təqdim olunub. Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 450 nəfərə yaxın  vətəndaşla iş aparılıb, tələblərə uyğun namizədlər yarmarkaya cəlb edilib. Cəlb edilən şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer alıb.      
 
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib,  uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.








Redaktorun seçimi