DGKA ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Hit: 161
DGKA ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
15 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və akademik heyətlə görüş keçirib.
 
Görüşdə “İnnovasiyalar Mərkəzi”ndə startap və innovasiya ekosisteminin inkişafına yönəlmiş genişmiqyaslı dəstək tədbirləri, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin reallaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
 
Həmçinin ali təhsil müəssisələri ilə qurulan səmərəli əməkdaşlıqlar, əmək bazarının tələblərinə uyğun hazırlanmış innovativ təlim proqramları və bu proqramlar vasitəsilə yeni ixtisaslar üzrə peşəkar kadrların yetişdirilməsi məsələləri geniş müzakirə olunub.
 
Nümayəndə heyəti daha sonra "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və "Bilim Bakı" mərkəzi ilə tanış olub, burada həyata keçirilən
layihələr və yaradılan imkanlar barədə məlumatlandırılıb.
Tərəflər qarşılıqlı maraq kəsb edən layihələr, birgə fəaliyyət imkanları və gələcək əməkdaşlıq perspektivləri barədə dərin fikir mübadiləsi aparıblar.








Redaktorun seçimi