ATU-da tədris hissə müdirləri ilə görüş keçirilib

Hit: 165
ATU-da tədris hissə müdirləri ilə görüş keçirilib
Azərbaycan Tibb Univeristetində tədris ilinin yekunlaşması, qarşıdakı imtahan sessiyalarının keçirilməsi, planlaşdırılan digər tədbirlərlə bağlı müzakirələrin təşkili məqsədilə tədris hissə müdirlərinin iştirakı ilə görüş keçirilib
 
ATU-nun Tədris departamentin rəhbəri, dosent Kamandar Yaqubov ali məktəbdə mayın 30-da son dərs günü olacağını xatırladıb. O, qarşıdakı imtahan sessiyasının cəvdəllərinin artıq universitetin rəsmi saytında yerləşdirildiyini, həmçinin kafedralara elektron formada göndərildiyini qeyd edib. K.Yaqubov imtahanların formatı, həmçinin kollokviuma daxil olan sualların tərtibatı və cari problemlər haqqında danışıb. Görülən tədbirlər sayəsində apelyasiya şikahyətlərinin sayının ildən-ilə azaldığını da vurğulayıb. Departament rəhbəri təkrar dinləmə qrupplarında dərs keçən müəllimlərin fəaliyyətindən də danışıb.
 
Tədris departamentin rəhbəri, dosent Kamandar Yaqubov ATU-da keçirilən Tibb Festivalında müzakirə edilən mözvuların və təqdim edilən məruzələrin əhəmiyyətini vurğulamaqla yanaşı, 26 may tarixində Hərbi Tibb Fakültəsinin 25 illik yubileyinə həsr olunmuş tədbirin planlaşdırılması barədə iştirakçılara məlumat verib.
 
Görüşdə bakalavr və magistratura proqramlarında baş vərəcək dəyişiliklər haqqında da məlumat verilib. K.Yaqubovun sözlərinə görə, bu dəyişiliklər ATU-da tədris olunan ixtisasların dünya standartlarına uyğunlaşmasını təmin edəcək.
 
Tədbirdə həmçinin, tələbələrin nizam-intizam qaydalarına əməl etməsi, davamiyyətlə bağlı problemlər, cari məsələlər müzakirə edilib, planlaşdırılan işlərlə əlaqədar suallar cavablandırılıb.








Redaktorun seçimi