Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisi ilə görüş keçirilib

Hit: 171
Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisi ilə görüş keçirilib
Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lerik rayon prokuroru baş ədliyyə müşaviri Rzayev Akif Əkbər oğlunun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında qəbul edilərək, ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərman və hədiyyə təqdim edilib.
 
Görüş zamanı veteran prokurorluq işçisi Akif Rzayev prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər qeyd edilib, veteran prokurorluq işçisi ona göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Akif Rzayev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkilib.








Redaktorun seçimi