AzTU ilə “Huawei Technologies Azerbaijan” şirkəti İKT sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında İKT sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “Huawei Technologies Azerbaijan” şirkətinin səlahiyyətli nümayəndəsi Lin Yanxia imzalayıblar.
Memorandum Azərbaycanda rəqəmsal gələcəyin tələblərinə cavab verə biləcək ixtisaslı kadrların hazırlanması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər “Huawei” texnologiyalarının resurs bazasından istifadə etməklə AzTU-da İKT sahəsində dayanıqlı və uzunmüddətli tədris proqramlarının yerinə yetirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.


