Sima Yaqubova beynəlxalq konfransda Mediasiya Şurasını təmsil edəcək

13-14 may 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhəri, Yeditepe Universitetində Türk Dünyası Mediatorlar Birliyinin təşkilatçılığı ilə Türk Dövlətlərinin 1-ci Beynəlxalq Hüquq Konqresi keçiriləcək.
Faktor.az xəbər verir ki, Türk Dövlətlərinin 1-ci Beynəlxalq Hüquq Konqresində Türk dövlətlərinin ümumi hüquq mənbələri, qanunun aliliyinin tələbləri, hüququn prioritet sahələri, kibertəhlükəsizlik və müştərək arbitraj mərkəzinin yaradılması kimi mühüm məsələlər öz sahəsində mütəxəssis olan alim, hüquqşünas və akademiklər tərəfindən müzakirə olunacaq.
Konqresdə Azərbaycan Respublikası Mediasiya Şurasını Şuranın İdarə Heyətinin üzvü Sima Yaqubova təmsil edəcək və Azərbaycandakı mediasiya təcrübəsi barədə çıxış edəcək.


