ADNSU-da “Qida mühəndisliyi” tələbələri üçün dəvətli professor tərəfindən mühazirə keçirilib

Hit: 181
ADNSU-da “Qida mühəndisliyi” tələbələri üçün dəvətli professor tərəfindən mühazirə keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavriat tələbələri üçün “Şərabçılıq və qıcqırma istehsalının texnologiyası” fənnindən mühazirə dərsi təşkil olunub.
 
Baş tutan dərs “Dəvətli professor” layihəsi çərçivəsində keçirilib. Mühazirəni Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynağa Əsədov aparıb.
 
Dərs zamanı tələbələrə şərabçılıq və qıcqırma proseslərinin texnoloji əsasları, bu sahədə innovasiyalar və istehsalatda tətbiq olunan müasir üsullar barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə praktiki nümunələr və aktual elmi yanaşmalar müzakirə olunub.








Redaktorun seçimi