"Antiterror əməliyyatı şəhidlərinin təbliği" layihəsinə start verildi

Hit: 300
"Antiterror əməliyyatı şəhidlərinin təbliği" layihəsinə start verildi
“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsinə start verib. 
 
Layihə barəsində məlumat verən “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev bildirib ki, məqsəd antiterror şəhid ailələrinə diqqət və qayğının artırılmasından ibarətdir.
 
Layihə rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Bakı və Sumqayıtda olan 21 antitteror şəhid ailəsi ilə təşkilat arasında münasibət formalaşacaq. Layihə çərçivəsində 21 antiterror şəhid ailəsinə şəhidlərin şəkilləri əks olunan ramkalar hədiyyə ediləcək. 
 
R.Ağamalıyev həmçinin onu da bildirib ki, Bakı şəhərində tədbir keçiriləcək və tədbirə Bakı və Sumqayıtdan olan antiterror şəhid ailələri dəvət olunacaq. 
 
Təşkilat sədri onu da diqqətə çatıdırb ki, layihə çərçivəsində 3 TV verliş hazırlanacaq. TV verlişlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılacaq. Eyni zamanda TV verlişlərin geniş arenada yayımı həyata keçiriləcək.








Redaktorun seçimi