"Yaşıl və Rəqəmsal İpək Yolu"

Hit: 158
"Yaşıl və Rəqəmsal İpək Yolu"
Azərbaycan Tibb Universitetində "Yaşıl və Rəqəmsal İpək Yolu" proqramına həsr edilmiş məlumatlandırma seminarı keçirilib
 
Bakı Mühəndislik Universiteti Texnoparkının və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, "IDDA AWARDS 2024" mükafatının "Ekosistemin Lokomotivi" nominasiyasının qalibi İsa Qasımov proqram haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
İ.Qasımov qeyd edib ki, "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının əsas məqsədi yaşıl və rəqəmsal inkişaf sahələrində fəaliyyət göstərən startapları dəstəkləmək, innovasiya ekosistemində yeni təşəbbüslərə yol açmaq, regional əməkdaşlığı gücləndirmək və investisiya imkanlarını artırmaqdır. Proqram çərçivəsində Mərkəzi Asiya və qədim İpək yolu üzərindəki ölkələrdən (Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Çin) startap layihələri qəbul edilir. Eyni zamanda, iştirakçıların ABŞ, Cənubi Koreya, Çin, Almaniya və digər qabaqcıl ölkələrin mütəxəssisləri ilə birlikdə işləməsinə imkan yaranır.
 
İnteraktiv şəkildə keçirilən infosessiyada iştirakçılar proqramın məqsəd və vəzifələri, seçim meyarları, yerli və beynəlxalq tərəfdaşlıq imkanları barədə geniş məlumat əldə ediblər. Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb və startap inkişafı ilə bağlı məsləhətlər səsləndirilib.








Redaktorun seçimi