Neftçalada “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

Hit: 324
Neftçalada “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib - FOTOLAR
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Aşağı Surra kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
 
Faktor.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Emil Cavadov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışaraq bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyü qeyd edib.
 
Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən də danışan şöbə rəisi kibercinayətkarların qurbanı olmamaq üçün heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürməməyi, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamağı tövsiyyə edib. 
 
Həmçinin tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib,
 
Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə çıxışlar edilib.
 
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1
1
1
1








Redaktorun seçimi