“Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!”

Sağlam qidalanmanın təşviqi məqsədilə AQTA tərəfindən “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində "Expressbank" əməkdaşları üçün maarifləndirici təlim təşkil olunub.
Görüş çərçivəsində AQTA-nın fəaliyyəti, istehlakçıların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, növbəti belə layihə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç” layihəsidir. Layihənin məqsədi istehlakçılar arasında sağlam qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı ilkin biliklərin artırılmasıdır.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti, həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma mövzusunda təqdimatla çıxış edib. O, balanslı və düzgün qida rasionun tərtib olunmasının, eləcə də sağlam qidalanmaya əməl etməyin insan sağlamlığı üçün vacibliyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və sağlam qidalanma sahəsində aktual mövzular ətrafında interaktiv fikir mübadiləsi aparılıb.


