Cibuti Respublikasından olan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Hit: 211
Cibuti Respublikasından olan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub
Ölkəmizdə səfərdə olan Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin Baş Direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
 
Qonaqlar mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.
 
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 161 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
 
Nümayəndə heyəti üçün DOST Konsepsiyası barədə təqdimat edilib.
 
Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.








Redaktorun seçimi