İordaniya Krallığından olan nümayəndə heyəti DOST Agentliyində olub

Hit: 229
İordaniya Krallığından olan nümayəndə heyəti DOST Agentliyində olub
Ölkəmizdə səfərdə olan İordaniya Senatının üzvü, Əlilliyi olan Şəxslərin Komitəsinin sədri Asia Abdel Mutaleb Yaghinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.
 
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.
 
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib.
 
Tədbirdə DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.
 
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 








Redaktorun seçimi