BDU Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti ilə anlaşma memorandumu imzalayıb

Hit: 234
BDU Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti ilə anlaşma memorandumu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) və Gürcüstan Respublikasının Beynəlxalq Qara Dəniz Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Beynəlxalq Qara Dəniz Universitetinin rektoru  Kakha Shengelia imzalayıb.
 
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
 
Əsası 1995-ci ildə qoyulmuş Beynəlxalq Qara Dəniz Universiteti Gürcüstanın nüfuzlu universitetlərindən biridir.








Redaktorun seçimi