Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

Hit: 230
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar da iştirak edib.
 
 
 
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə danışıb.
 
 
 
DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov dövlət monitorinqi çərçivəsində görülən işlər barədə danışıb, həmçinin 2025-ci ilin monitorinq məqsədləri, qarşıda duran vəzifələr və s. mövzularla bağlı məlumat verib.
 
 
 
Görüşdə “Əlilliyin qarşısının alınması, müəyyən edilməsi, reabilitasiyası, abilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda təqdimat komissiya üzvlərinə təqdim olunmuşdur. Daha sonra iştirakçılar tərəfindən müyəssərlik və inklüzivlik aspektindən mövzu ilə əlaqədar olaraq müzakirələr aparılmışdır.
 
 
 
Sonda Fərid Məmmədov bu cür görüşlərin davamlı keçiriləcəyini, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağını qeyd edib.
 
 
 
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.








Redaktorun seçimi