Ordubadda "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti tədbir təşkil olunub

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ordubad şəhər 1 saylı tam orta məktəbdə "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir təşkil olunub. Tədbirdə məktəbin pedaqoji kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev açıb. Daha sonra 1 saylı tam orta məktəbin direktoru Könül İsmayılova və tarix müəllimi Əlzaman Ocaqquliyev mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasındakı və qəbul edilməsində əvəzolunmaz rolundan bəhs edib, eləcə də müstəqil dövlət quruculuğu sahəsində həyata keçirdiyi tarixi islahatlar və Konstitusiya yaradıcılığındakı xidmətlərindən danışıblar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların Azərbaycanın demokratik prinsiplərə əsaslanan bir hüquqi sistemə qovuşmasında mühim rol oynadığı qeyd olunub. Bu Konstitusiyanın qəbul edilməsinin ölkənin hüquqi və siyasi inkişafında mühüm bir mərhələ olduğu diqqətə çatdırılıb.


