Neftçalada “Sönməyən işıq – Zərifə Əliyeva” adlı tədbir keçirilib

Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, rayonun hüquq-mühafizə orqanlarında, bələdiyyə,idarəetmə sistemində, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan xanımlar iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, görkəmli akademik Zərifə Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala RİH aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə tədbir iştirakçılarını salamlamış və tədbirin mövzusu barədə məlumat vermişdir. Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, YAP Neftçala Rayon təşkilatının məsləhətçisi Sona Mirzəyeva, Xıllı qəsəbə Ailə Sağlamlıq Mərkəzinin müdiri Şəfiqə Əsədova müasir Azərbaycan qadınına xas ən yüksək keyfiyyətləri özündə əks etdirən gözəl ailə başçısı, qayğıkeş ana, peşəkar həkim, dünya şöhrətli alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət olan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadan, möhkəmlədən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, yeni-yeni ziyalı nəsillər üçün örnək olduğunu bildirib, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli akademikin ömrünün sonuna qədər övladlarının yoluna işıq saçdığı, o cümlədən özündən sonra elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayaka çevrilməsini diqqətə çatdırıb və Zərifə xanım Əliyeva haqqında xoş xatirələrini bölüşüblər.
Görüşdə Zərifə xanım Əliyevanın bənzərsiz ömür yolunu özündə əks etdirən, dəyərli alimin əziz xatirəsinə həsr olunmuş “Sönməyən işıq” filmi izlənilib.


