ADNSU-da tələbələr üçün istehsalatda idarəetmə və təhlükəsizlik sistemləri mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "İdarəetmə sistemləri, idarəetmə sistemlərinin əsas elementləri: icra mexanizmləri, təhlükəsizlik sistemləri və kontrollerlər" mövzusunda seminar təşkil olunub.
Seminar Emerson MMC-nin menecerləri - Erkin İbrahimov və Eldəniz Baxşəliyev tərəfindən aparılıb. Tədbirin açılışında ADNSU İTİF-in dekanı, dosent Fərid Ağayev və dekan müavini, dosent Aygün Səfərova çıxış edərək seminarın məqsədi və əhəmiyyəti barədə tələbələrə məlumat veriblər.
Daha sonra mütəxəssislər tərəfindən seminar davam etdirilib. Təqdimat zamanı istehsalatda idarəetmə sistemlərinin rolu, icra mexanizmlərinin texniki xüsusiyyətləri, təhlükəsizlik sistemlərinin qurulması və kontrollerlərin tətbiqi məsələləri ətraflı şəkildə izah olunub.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirə aparılıb.


