Növbəti ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Suraxanı rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası baş tutub.
Faktor.az xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və aparatın əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələrinin və qəsəbə bələdiyyələrinin kollektivləri iştirak ediblər.
Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində təşkil olunan ağacəkmə aksiyasında 200 ədəd Eldar şamı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.


