“Narkomaniyaya yox deyək!”

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən ŞPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb.
Bu maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıq barədə geniş məlumat verən rəis müavini, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görüldüyünü, qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirildiyini qeyd edib.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


