Leyla Şahbazovanın kitabının imza günü baş tutdu - FOTOLAR

Integro Attorneys & Consultants şirkətinin direktoru, hüquqşünas Leyla Şahbazovanın kitabının imza günü baş tutub.
İmza günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
İmza günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
Faktor.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Nadir Adilov qonaqları salamlayıb. O, çıxışı zamanı kitabın mediasiyanın tədris vəsaiti kimi təsirinə diqqət çəkib.
Leyla Şahbazova çıxış edərək kitabda əks olunan əsas məqamları nəzərə çatdırıb. Daha sonra o, mediasiyanın digər ölkələr nəzdində ölkəmizdə alternativ həll yolu kimi uğurundan söz açıb.
Sonda kommersiya mübahisələrinin mediasiya ilə həllində Böyük Britaniya təcrübəsini müqayisəli şəkildə oxuculara çatdıran bu əyani vəsait iştirakçılara ödənişsiz olaraq təqdim edilib.


