Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib

Hit: 122
Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Ağsuda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
 
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
 
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.








Redaktorun seçimi