Dırnıs kəndində şəhidin əziz xatirəsi anılıb - FOTOLAR

Hit: 393
Dırnıs kəndində şəhidin əziz xatirəsi anılıb - FOTOLAR
Hərbi xidmət vəzifələrini icra edən zaman şəhidlik zirvəsinə ucalan Quliyev Sərxan Elxan oğlunun doğum günü ilə əlaqədar olaraq Dırnıs kəndində məzarı ziyarət olunub.
 
Faktor.az xəbər verir ki, 24 aprel 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin əməkdaşları, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub. 
 
Çıxış edənlər şəhidimizin vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək Quliyev Sərxan Elxan oğlunun keçdiyi şərəfli ömür yolundan danışıb, onun xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını bildiriblər. Tədbirdə, həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin əziz xatirəsinin daim hörmətlə yad edilməsi və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. 
 
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi