Neftçalada “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib - FOTOLAR

Hit: 276
Neftçalada “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib - FOTOLAR
Neftçala rayonunda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə zona birinciliyi keçirilib.
 
Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər qonaqlar  iştirak edib.
 
Olimpiadanın regional seçim mərhələsi açıq elan edilməzdən  öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə  Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, müasir Azərbaycan gənclərinin yüksək intellektə və biliyə sahib olmalarını qeyd etdi, gənclərimizin sahib olduğu bilik və bacarıqların üzə çıxarılması və tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Rayon rəhbəri eyni zamanda ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı.
 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tədbir zamanı çıxış edərək, olimpiadanın şagirdlərin intellektual potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
 
Çıxışlardan sonra Neftçala rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrini təmsil edən şagirdlərin və körpə fidanların ifasında musiqi və rəqslər nümayiş etdirilib.
 
Daha sonra bilik yarışına start verilib. Bildiririk ki, Olimpiadanın regional üzrə seçim mərhələsində Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının komandalarını təmsil edən IX-XI sinif şagirdləri iştirak edib. Sonda olimpiadanın regional mərhələsinin  qalibi Neftçala rayonunu təmsil edən “CASPİAN STARS” komandası olub və may ayında keçiriləcək “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, analitik düşünmə və komanda bacarıqlarının inkişafı, regionlararası əməkdaşlığın gücləndirilməsi və yaradıcı yanaşmaların təşviqidir.
1
1
1
1
1
1
1








Redaktorun seçimi