BDU və Qazaxıstanın Bolaşak Universiteti arasında anlaşma memorandumu imzalanıb

Hit: 159
BDU və Qazaxıstanın Bolaşak Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Bolaşak Universiteti arasında anlaşma memorandumu imzalanıb.
 
Sənədi BDU-nun rektoru Elçin Babayev və Bolaşak Universitetinin rektoru Umirbek Umbetov imzalayıb.
 
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
 
Əsası 1995-ci ildə qoyulmuş Bolaşak Universiteti Qazaxıstanın nüfuzlu universitetlərindən biridir.








Redaktorun seçimi