Tibb işçiləri üçün əməyin mühafizəsinə dair maarifləndirmə tədbiri keçirilib

Hit: 188
Tibb işçiləri üçün əməyin mühafizəsinə dair maarifləndirmə tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Ağdaşda maarifləndirici tədbir təşkil olunub. Tədbir Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müraciəti əsasında həyata keçirilib.
 
Maarifləndirmə tədbirində xəstəxananın direktoru İntiqam İbrahimovun rəhbərliyi ilə müxtəlif vəzifələrdə çalışan 60 nəfər cavabdeh şəxs iştirak edib.
 
Tədbirdə Xidmətin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları Camal Camalzadə və Salman Zeynalov təqdimatla çıxış edərək əməyin mühafizəsi ilə bağlı mövcud qanunvericilik, norma və qaydalar, prinsiplər barədə ətraflı məlumat veriblər.
 
Çıxışlarda vurğulanıb ki, işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququ qanunla təmin olunur və işəgötürənlər bu sahədə mövcud normativ hüquqi aktlara əməl etməyə borcludurlar. Həmçinin bildirilib ki, Əmək Məcəlləsi, müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ aktlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr əməyin mühafizəsini tənzimləyən əsas sənədlərdir.
 
Tədbirdə eyni zamanda yeni qəbul olunmuş standartlar barədə də iştirakçılara ətraflı məlumat verilib və mövzu ətrafında suallar cavablandırılıb.
 
Maarifləndirmə tədbiri işçilərdə əməyin mühafizəsi sahəsində bilik və məsuliyyətin artırılmasına xidmət edir.








Redaktorun seçimi