Autizmli uşaqların valideynləri üçün maarifləndirici təlimlər təşkil olunub

Hit: 187
Autizmli uşaqların valideynləri üçün maarifləndirici təlimlər təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi autizm spektr pozuntusu olan uşaqların valideynləri üçün maarifləndirici təlimləri davam etdirir. 
 
Bu dəfəki təlimlərə Agentliyin Nərimanov və Yasamal Sosial Xidmət Mərkəzlərində xidmət göstərilən uşaqların valideynləri cəlb edilib. 
 
Təlimlərin məqsədi autizm spektr pozuntusu olan uşaqların davranış, sosial və nitq bacarıqlarının inkişafında valideynlərin rolunu gücləndirmək, onları uşaqlarına daha düzgün yanaşma və effektiv dəstək metodları ilə təmin etməkdir. 
 
Çıxışçılar autizm spektr pozuntusu olan uşaqlarda davranış problemləri və onların idarə edilməsi, autizmli uşaqların sosial və nitq inkişafı mövzularında təqdimatlar ediblər.  
 
Valideynlərə uşaqlarının davranışlarını düzgün müşahidə etmək, qiymətləndirmək və effektiv müdaxilə planları hazırlamaq istiqamətində praktiki biliklər verilib, müzakirələr aparılıb və sualları cavablandırılıb.








Redaktorun seçimi