Adil Əliyev növbəti səyyar görüşü keçirib

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib
Əhalini narahat edən problemlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev aprelin 23-də 315 №-li tam orta məktəbdə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Sakinlərin müraciət, təklif və şikayətlərini dinləyən RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


