Elnarə Akimova ilə tələbələrin görüşü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Milli Məclisin üzvü, BDU-nun məzunu Elnarə Akimova ilə tələbələrin görüşü keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov belə görüşlərin tələbə gənclərin inkişafı baxımından faydalı olduğunu deyib. Bildirib ki, tanınmış insanların uğur hekayələri həyatın növbəti mərhələlərində, karyera planlamasında faydalı ola bilər.
Daha sonra Elnarə Akimova “Ədəbi tənqid və uşaq ədəbiyyatı” mövzusunda çıxış edərək, uşaqların oxu mədəniyyətinin artırılmasının önəmindən söz açıb. Azərbaycanda dövlət uşaq siyasəti və uşaq ədəbiyyatının mövcud durumu, qarşıda dayanan çağırışlar barədə məlumat verib: “Uşaq ədəbiyyatı böyük ədəbiyyatın bir qoludur və bədii yaradıcılığın spesifik sahəsidir. Onun özünəməxsusluğu qorunub saxlanmalıdır. Qalib ölkənin uşaqları üçün məhz həmin ruhda ədəbiyyatın inkişaf etdirilməlidir.


